“Galatasaray”da Davinson Sanchez itkisi

Bakı, 12 avqust, Sporaz.tv

Galatasaray (Qalatasaray), Davinson Sanchezdə sağ üst arxa əzələ qrupunda 2-ci dərəcəli gərginlik (gərginlik və qanaxma) təsbit edildiyini açıqladı.

Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasının ilk həftəsində Galatasaray (Qalatasaray), öz meydanında “Hatayspor“u 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmaya ilk 11-də başlayan Davinson Sanchez, zədələnərək 89-cu dəqiqədə oyunu tərk edib.

Sarı-qırmızılılar, ulduz futbolçuda aparılan müayinələr zamanı futbolçunun yuxarı arxa əzələ qrupunda ikinci dərəcəli gərginlik (gərilmə və qanaxma) aşkarlandığını açıqlayıb.

Klubdan verilən açıqlamada, “Trendyol Superliqasının ilk həftəsində Atakaş Hatayspor matçının son hissəsində (89-cu dəqiqə) zədələnən futbolçumuz Davinson Sanchezin müalicəsi başlayıb”-qeyd edilib.

Davinson Sanchezin təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.