“Galatasaray”da daha bir ayrılıq an məsələsidir

Bakı, 31 iyul, Sporaz.tv

Galatasaray“ın heyətində yer almayan Sergio Oliveira üçün yolun sonu gəlib. “Sarı-qırmızılar” Sergio Oliveira ilə yol xəritəsini müəyyənləşdirib.

Sporaz.tv xəbər verir ki, yeni mövsüm üçün heyət planlarını davam etdirən “Galatasaray”dan Sergio Oliveira ilə bağlı qərar verilib.

“Sarı-qırmızılar” baş məşqçi Okan Burukun planları arasında yer almayan Sergio Oliveira üçün gələn təklifləri dəyərləndirəcək.

Talib olmasa, təcrübəli futbolçu debitor borcunun müqabilində sərbəst buraxılacaq.

32 yaşlı Sergio Oliveira “Galatasaray”dan ildə 2,750 min avro qazanır.

Portuqaliyalı yarımmüdafiəçinin “sarı-qırmızılar”la daha 2 illik müqaviləsi var.

Son mövsümdə 24 matçda meydana çıxan və 997 dəqiqə meydanda olan Sergio Oliveira 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bahar Rüstəm