“Galatasaray”da daha bir ayrılıq

Bakı, 4 sentyabr, Sporaz.tv

Galatasaray“da Alexandru Cicaldaunun taleyi müəyyənləşib. Yeni mövsüm planları arasında olmayan Cicaldau keçmiş komandası ilə əl sıxıb.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”ın 3 il əvvəl 6,5 milyon avroya transfer etdiyi Alexandru Cicaldau “sarı-qırmızılılar”ın ümidlərini doğrulda bilməyib.

2022-23 mövsümündə “Ittihad Kalba”ya icarəyə verilən Cicaldau ötən mövsümü icarə əsasında “Konyaspor”da keçirib.

“Galatasaray”la daha 2 illik müqaviləsi olan və “sarı-qırmızılılar”ın planları arasında olmayan Cicaldau ölkəsinə qayıdır. Cicaldau “Universitatea Craiova” ilə müqavilə imzalayır. “Galatasaray” rumıniyalı futbolçunun keçmiş klubu ilə icarə müqaviləsi imzalayıb.

Ötən mövsüm Cicaldau “Konyaspor”la Super Liqada 31 matça çıxıb və 2025 dəqiqə meydanda olub, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bahar Rüstəm