“Galatasaray”da daha bir ayrılıq

Bakı, 26 iyul, Sporaz.tv

Yeni mövsüm üçün heyət planlarını davam etdirən “Galatasaray“da daha bir ayrılıq yaşanıb. “Sarı-qırmızılar” gənc futbolçusunu Rusiya komandasına icarəyə verib.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” bir tərəfdən transfer səylərini davam etdirir, digər tərəfdən də komandadan ayrılacaq adlara vaxt ayırır.

“Galatasaray” yeni mövsüm öncəsi başda Tete olmaqla bəzi adlarla vidalaşaraq daha bir futbolçunu icarəyə göndərib.

“Galatasaray” Kazımcan Karataşı “Orenburg“a icarəyə verib.

21 yaşlı sol cinah müdafiəçisi 2024-25 mövsümündə Rusiya komandasının uğurları üçün çox çalışacaq.

Kazımcan Karataş ötən mövsümün ikinci yarısını icarə əsasında “Ankaragücü”ndə keçirib.

“Galatasaray” Kazımcan Karataşı 2022-23 mövsümünün əvvəlində 1,14 milyon avroya “Altay”dan transfer edib.

Gənc futbolçunun “sarı-qırmızılar”la daha 3 illik müqaviləsi var.

Bahar Rüstəm