Galatasarayda ayrılıq qaçılmazdır

Bakı, 9 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray)ın Fil Dişi Sahilli ulduzu Wilfried Zahanın sarı-qırmızılı komandadan ayrılma ehtimalının yüksək olduğu iddia edilib. İngilis mətbuatı, Zahanın komanda ilə görüşdüyünü də açıqladı.

Sporaz.tv məlumat verir ki, Super Liqada yeni mövsümü bu axşam “Hatayspor“la qarşılaşma ilə açacaq “Galatasaray”da, Wilfried Zaha ilə bağlı mühüm inkişaflar yaşanır.

“Atakaş Hatayspor” matçı üçün heyətdə olmayan Zahanın transfer danışıqlarında olduğu öyrənilib.

Zahanın keçmiş komandası “Crystal Palace“, Fil Dişi Sahilli futbolçunun transferi üçün “Galatasaray”la əlaqə saxlayıb. İngiltərə klubunun 31 yaşlı ulduzu icarəyə götürmək istədiyi qeyd edilib.

“Galatasaray”da 42 matça çıxan Fil Dişi Sahilli futbolçu bu matçlarda 10 qol vurub, 5 məhsuldar ötürmə edib.