“Galatasaray”da ayrılıq

Bakı, 4 iyul, Sporaz.tv

GalatasarayAtalantanın Nicolo Zaniolo üçün təklifini qəbul edib. “Atalanta” Zaniolonu şərti alış opsiyonu ilə icarəyə götürəcək.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” növbəti dəfə Nicolo Zaniolo ilə vidalaşmağa hazırlaşır. “Sarı-qırmızılar” “Atalanta”nın italyan futbolçu üçün təklifini qəbul edib. A Seriya komandası Zaniolonu şərti alış opsiyonu ilə icarəyə götürəcək. Mövsümün sonunda müqavilə bəndləri yerinə yetirilərsə, “Galatasaray” bu transferdən 20 milyon avrodan çox qazanacaq. İtaliyalı futbolçu səhhəti yoxlanıldıqdan sonra rəsmi müqaviləyə imza atacaq. 25 yaşlı hücumçu ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirib. “Sarı-qırmızılar” Nicolo Zaniolonu 2022-2023 mövsümü üçün 15 milyon avroya heyətinə qatıb.

Bahar Rüstəm