“Galatasaray”da Adrien Rabiot inkişafı

Bakı, 4 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-da Adrien Rabiotun kitabı bağlanıb. “Sarı-qırmızılar”, yüksək maaş tələbi səbəbindən Rabiot transferindən imtina edib. Digər tərəfdən, “Al-Nassr“(Əl-Nassr), fransalı yarımmüdafiəçi üçün gözlənilməz təklif iddia ortaya atıb.

Sporaz.tv məlumat verir ki, yarımmüdafiəçi transferi planlaşdıran “Galatasaray”-ın gündəmində olan adlardan biri də Adrien Rabiotdur.

Fransalı futbolçu ilə bir müddətdir əlaqə saxlayan “Galatasaray”, oyuçunun iqtisadi ambisiyalarına görə transferdən imtina edib.

Xəbərdə Səudiyyə Ərəbistanı təmsilçisinin fransalı yarımmüdafiəçiyə illik 20 milyon avro təklif etdiyi bildirilib.

“Al-Nassr”-ın xarici kontigenti hazırda doludur və klub xüsusi istisnaları tələb edəcək. “Juventus“-la müqaviləsini başa vuran Adrien Rabiot hazırda klubsuzdur.