“Galatasaray”da “8 nömrə” axtarışı

Bakı, 3 iyul, Sporaz.tv

Yarımmüdafiə xəttini gücləndirmək istəyən Galatasaray (Qalatasaray) axtarışlarını davam etdirir. Sarı-qırmızılı komandanın transfer siyahısında Adrien Rabiot başçılıq edir.

Sporaz.tv xəbər verir ki, Galatasaray (Qalatasaray)-da orta sahəni gücləndirmək üçün təşəbbüslər davam edir. Sarı-qırmızılılar, bu bölgəyə ulduz adlar transfer etməyi planlaşdırır.

Galatasaray (Qalatasaray)-da transfer fəaliyyətinin 2024-cü il futbol üzrə Avropa çempionatından sonra intensivləşəcəyi gözlənilir. Sarı-qırmızılıların heyətində 8 nömrə ilə Adrien Rabiot siyahının başındadır.

Fransız futbolçu, milli komandası ilə Avropa Futbol Çempionatında çıxış edir. 29 yaşlı futbolçunun gələcəyi ilə bağlı qərarını turnir başa çatdıqdan sonra verəcəyi öyrənilib. “Galatasaray”ın transfer komitəsinin Avropa çempionatından sonra futbolçunun nümayəndəsi ilə görüşəcəyi bildirilib.

Rabiot sonuncu dəfə Juventus (Yuventus)-da çıxış edib. İtaliya yığması ilə müqaviləsi başa çatan 29 yaşlı yarımmüdafiəçinin transfer qiyməti var.

Ulduz futbolçu, ötən mövsüm İtaliya yığması ilə 35 matçda meydana çıxıb və 5 qol vurub, 3 məhsuldar ötürmə edib.