“Galatasaray”da əcnəbi əməliyyatı

Bakı, 21 iyun, Sporaz.tv

Galatasaray (Qalatasaray)-ın mövsüm planları davam edir. Sarı-qırmızılılar məşqə icarədən qayıdan futbolçuların da daxil olduğu sıx heyətlə başlayacaq.

Sporaz.tv xəbər verir ki, Trendyol Super Liqasının yeni mövsümündə komandalar heyətlərində 12 əcnəbi futbolçu ola biləcək. Galatasaray (Qalatasaray) ötən mövsümü 14 əcnəbi ilə tamamlayıb.

Sarı-qırmızılılarda Serge Aurier, Tanguy Ndombele ve Carlos Vinicius komandadan ayrılıb. Yusuf Demir, Alexandru Cicaldau, Morutan, Nicolo Zaniolo, Leo Dubois ve Mathias Ross isə mövsüm hazırlıqları üçün komandaya qoşulacaq.

Nicolo Zaniolonun satışı müəyyən hesab olunur. Cicaldau, Morutan ve Mathias Ross komandada nəzərə alınmayıb.

Michy Batshuayini heyətinə qatmağa hazırlaşan Galatasaray (Qalatasaray) ən azı 2 əcnəbi futbolçunu daha transfer edəcək.

Bu səbəbdən indiki heyətdən daha 5 əcnəbi futbolçunun komandanı tərk etməsinə ehtiyac var.