Bakı, 20 noyabr, Sporaz.tv
Transfer işlərinə davam edən “Galatasaray“(Qalatasaray)-da təəccüblü bir ad gündəmə gəlib. Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında Muslera qarşı 2 qol vuran Joel Monteiro, menecerlər vasitəsilə “Galatasaray”-a tövsiyə olunub.
Sporaz.tv məlumat verir ki, Superliqada mövsümə çempionluq devizi ilə başlayan “Galatasaray”, qış transfer dövrü üçün gücləndirmə işlərinə başlayıb. Bu çərçivədə sarı-qırmızılılara Joel Monteiro təklif edib.
“Young Boys”(Yanq Boyz)-da çıxış edən 25 yaşlı yarımmüdafiəçi Joel Monteiro, menecerlər vasitəsilə “Galatasaray”-a tövsiyə olunub.
Joel Monteiro Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Fernando Muslera qarşı 2 qol vurub və “Young Boys” matçda 3-2 hesabı ilə qalib gəlib.