Bakı, 7 avqust, Sporaz.tv
Moskva “Spartak“ının 20 milyon avroya Kerem Aktürkoğlu və Derrick Köhn “Galatasaray“(Qalatasaray)dan istədiyi iddia edilib. Keremin meneceri transfer iddialarını təsdiqləyərək, “Galatasaray” və “Spartak Moskva”nın futbolçu üçün razılığa gəldiyini açıqlayıb.
Sporaz.tv məlumat verir ki, Rusiyanın “Spartak Moskva” komandasının “Galatasaray”ın cinah oyunçusu Kerem Aktürkoğlu ilə maraqlandığı iddia edilib. Kərəmin meneceri William D’Avila, Rusiya mətbuatından Match TV-yə verdiyi açıqlamada transfer iddialarını təsdiqləyib.
Menecer D’Avila, futbolçunun transferi ilə bağlı sarı-qırmızılı klubla “Spartak” arasında razılıq əldə olunduğunu bildirib.
Fransız menecer, Rusiya komandasının menecerləri ilə Kerem Aktürkoğlu arasında danışıqların davam etdiyini bildirib.
D’Avila açıqlamasında, məşqçinin və Moskvanın “Spartak”ının təklif etdiyi layihəni bəyəndiyini, lakin şəxsi halların dəqiqləşdirilməsinə ehtiyac olduğunu qeyd edib.
Bu arada Rusiya mətbuatında yer alan bir başqa xəbərdə Moskva “Spartak”ının Keremlə yanaşı “Galatasaray”dan Derrick Köhnü də istədiyi və iki futbolçu üçün sarı-qırmızılı kluba cəmi 20 milyon avro təklif etdiyi iddia edildi.
Xəbərdə, “Galatasaray”ın bu təklifi qəbul etdiyi iddia edilsə də, Aktürkoğlunun atasının transferi rədd etməsi problemlər yaradıb.