“Galatasaray” Zaniolonun gedişini açıqlayıb

Bakı, 5 iyul, Sporaz.tv

GalatasarayNicolo Zaniolonun şərti məcburi satınalma opsiyonu ilə “Atalanta“ya icarəyə verildiyini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” uzun müddətdir gözlənilən Nicolo Zaniolonun “Atalanta”ya transferini rəsmən açıqlayıb. Açıqlamada “sarı-qırmızılılar” Atalanta ilə etdiyi razılaşmanın detallarını paylaşıb.

“Galatasaray”la “Atalanta” arasında bağlanan müqaviləyə əsasən, İtaliya komandasının şərti olaraq məcburi satınalma opsionu var. Zaniolonun opsionunun 15,5 milyon avro olduğu və “Atalanta”nın icarə haqqı olaraq “Galatasaray”a 6 milyon 400 min avro ödəyəcəyi bildirilib.

“Galatasaray”dan verilən açıqlamada, “Atalanta Bergamasca Calcio S.R.L.” ilə peşəkar futbolçumuz Nicolo Zaniolonun 2024-2025 mövsümü üçün şərti məcburi satınalma opsiyonu ilə müvəqqəti transferi ilə bağlı razılıq əldə olunub. Razılaşmaya əsasən, “Atalanta Bergamasca Calcio S.R.L” şirkətimizə 6 400 000 avro ödəyəcək “Əgər satınalma opsionu reallaşarsa, son transfer haqqı 15 500 000 avro təşkil edir. Bundan əlavə, müqaviləyə maksimum 2 000 000 avro şərti bonus daxildir” ifadələrdən istifadə edilmişdir.

Bahar Rüstəm