“Galatasaray” Zalewskinin alternativini müəyyənləşdirdi

Bakı, 12 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray) “Roma”-dan Nicola Zalewskini heyətinə qatmaq üçün səylərini davam etdirir. Polşalı futbolçunun taleyi bu axşam həll olunacaq. Sarı-qırmızılar, 22 yaşlı futbolçunu heyətinə qata bilməsə, B planına keçəcək.

“Galatasaray” transfer pəncərəsi bağlanana qədər daha 2 transfer etmək istəyir. “Sarı-qırmızılar”, romalı Nicola Zalewski, Frankfurtlu Ebimbe və “Brügge“-dən Onyedikanı razı salmağa çalışır.

Nicola Zalewskinin vəziyyəti bu axşam müəyyənləşəcək. Sarı-qırmızılı komandadan bir neçə idarəçi transferi yekunlaşdırmaq üçün dünən Romaya gedib. Lakin hələlik transferlə bağlı razılıq əldə olunmayıb.

Xəbərə görə, “Galatasaray” idarəçiləri, “Roma” ilə anlaşa bilməsələr, “Napoli”-nin 33 yaşlı sol cinah müdafiəçisi Mario Rui üçün b planı olaraq təklif edəcəklər.

Leave a Reply