“Galatasaray” Çempionlar Liqası ilə vidalaşdı

Bakı, 27 avqust, Sporaz.tv

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin revanj oyunu çərçivəsində “Galatasaray” (Türkiyə) – “Young Boys” matçı 1-0 hesabı ilə başa çatdı.

Sporaz.tv xəbər verir ki, səfərdə 3-2 hesabı ilə məğlub olan istanbul təmsilçisi evdə də 1-0 hesabı ilə məğlub olaraq, UEFA Çempionlar Liqası ilə vidalaşır. İki matçda ümumi hesab 4-2 oldu.

Matçdakı yeganə qolu 87-ci dəqiqədə A.Vinigius vurub.

00:47

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin revanj oyunu çərçivəsində “Galatasaray” (Türkiyə) – “Young Boys” matçında hesab açılır.

Sporaz.tv xəbər verir ki, 87-ci dəqiqədə A.Virginius Young Boysu hesabda irəli keçirir. “Galatasaray”ın qapıçısı Fernando Muslera qırmızı kart alır. 0-1 (2-4)

00:06

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin revanj oyunu çərçivəsində “Galatasaray” (Türkiyə) – “Young Boys” matçında ikinci hissə başladı.

Sporaz.tv xəbər verir ki, qarşılaşma “Rams Park” stadionunda keçirilən matç 23:00-da start götürüb. hazırda hesab 0-0-dır. Ümumi hesab: 2-3

23:49

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin revanj oyunu çərçivəsində “Galatasaray” (Türkiyə) – “Young Boys” matçında ilk hissə başa çatıb.

Sporaz.tv xəbər verir ki, qarşılaşma “Rams Park” stadionunda keçirilən matç 23:00-da start götürüb. hazırda hesab 0-0-dır. Ümumi hesab: 2-3

23:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin revanj oyunu çərçivəsində “Galatasaray” (Türkiyə) – “Young Boys” matçı start götürüb.

Sporaz.tv xəbər verir ki, qarşılaşma “Rams Park” stadionunda keçirilir.

Qeyd edək ki, qarşılaşma “CBC Sport”da canlı yayımlanır.

Bahar Rüstəm