“Galatasaray” və “Fenerbahçe”nin çempionluq ehtimalları


Bakı,20 may,Sporaz.tv

Superliqada 2023/2024 mövsümünün çempionu son həftə keçiriləcək matçlardan sonra müəyyənləşəcək.

Sporaz.tv xəbər verir ki, 99 xalla 1-ci pillədə olan Galatasaray (Qalatasaray) son həftə səfərdə “Konyaspor”la qarşılaşacaq. Fenerbahçe (Fənərbaxça) isə doğma meydanda “İstanbulspor”u qəbul edəcək.

Galatasaray (Qalatasaray)səfərdə “Konyaspor”dan 1 xalla ayrılsa belə çempionluğunu elan edəcək.

Fenerbahçe (Fənərbaxça)-nın çempion olması üçün, sarı-qırmızılıların “Konyaspor”a məğlub olması, Fenerbahçe (Fənərbaxça)-nın isə “İstanbulspor”u məğlub etməsi lazımdır.