“Galatasaray” üçün Batista Mendy iddiası

Bakı, 18 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-ın “Trabzonspor“un hücumçusu Batista Mendy ilə maraqlandığı iddia edilib. Fransa mətbuatında çıxan xəbərlərə görə, sarı-qırmızılılar, yaxın günlərdə Mendy üçün Trabzonspora təklif edə bilər.

Sporaz.tv məlumat verir ki, transfer cəhdlərini davam etdirən “Galatasaray”ın, “Trabzonspor”un forvardı Batista Mendy ilə maraqlandığı iddia edilib.

Mendyni diqqət mərkəzində saxlayan sarı-qırmızılıların bu yay Qvineya əsilli fransız futbolçu üçün hərəkətə keçəcəyi gözlənilir.

Xəbərdə Gabriel Sara, Elias Jelert ve Michy Batshuayini heyətinə qatan “Galatasaray”ın sakit transfer dönəmi keçirdiyi bildirilən xəbərdə: “Batista Mendy üçün yaxın günlərdə Trabzonspora təklif verə bilərlər” – sözlərini əlavə edib.

24 yaşlı futbolçu, ötən mövsüm Fransanın “Angers” komandasından 4,4 milyon avroya transfer edilmişdi.

Həm mərkəz müdafiəçisi, həm də ön libero mövqelərində uğurlu çıxışı ilə qiymətləndirilən Mendy, Trabzonsporda 43 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.