“Galatasaray” üçün 6 ayrılıq yoldadır

Bakı,31 may,Sporaz.tv

Galatasaray (Qalatasaray) rəhbərliyi yeni mövsüm üçün heyət yaratmaq üçün işlərini davam etdirir. Sarı-qırmızılıların 6 futbolçu ilə yollarını ayıracağı gözlənilir.

Sporaz.tv xəbər verir ki, sarı-qırmızılılar heyətini gücləndirmək istəyərkən, vidalaşacaqları futbolçuları da müəyyənləşdirməyə çalışırlar.

“Galatasaray”ın ən azı 6 futbolçu ilə yollarını ayıracağı gözlənilir. Bu futbolçular arasında icarədə olan Tanquy Ndombele və Karlos Vinisius da var.

Yeni mövsümün heyətində nəzərə alınmayan Ndombele və Vinisiusun transferləri alınmayacaq.

Heyətdə özünə yer tapmayacaq digər ad isə Serxio Oliveyradır… Ziraat Türkiyə Kubokunda “Vavacars Fatih Karagümrük” matçından sonra heyətdən kənarlaşdırılan portuqaliyalı futbolçu əfv olunsa da, meydana çıxmaq şansı qazanmayıb.

“Galatasaray” fasilədə komandaya qoşulan Serj Aurierdən gözlədiyi töhfəni tapa bilməyib. Müqaviləsinin müddəti başa çatan fildivuarlı futbolçu ilə yeni müqavilə imzalanması gözlənilmir.

Komandada gələcəyi maraq doğuran digər iki oyunçu isə Vilfrid Zaha və Tetedir. Zaha üçün yüksək transfer təklifi gəlsə, sarı-qırmızılı rəhbərliyin buna müsbət baxacağı öyrənilib. Tetenin yaşı və potensialına görə Avropada bir kluba icarəyə verilməsi gündəmdədir.