Bakı, 6 noyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray) UEFA Avropa Liqasında “Tottenham“-la qarşılaşma hazırlıqlarını tamamlayıb. Sarı-qırmızıların heyətində İsmaill Jakobs məşqin bir hissəsində komanda ilə çalışsa da, 25 yaşlı sol cinah müdafiəçisinin heyətdə yer alması gözlənilmir.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”, UEFA Avropa Liqasının 4-cü həftəsində sabah İngiltərə təmsilçisi “Tottenham”-la qarşılaşacağı matçın hazırlıqlarını tamamlayıb.
Florya Metin Oktay Təsislərində keçirilən məşqin ilk 15 dəqiqəsi mətbuata açıq saxlanılıb. Baş məşqçi Okan Burukun rəhbərliyi altında məşq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra futbolçular, 2 qrupa bölünərək topu tutmaq və ötürmə məşqi ediblər.
Məşqin mətbuata qapalı hissəsində “Tottenham” matçının taktiki məşqinin aparıldığı bildirilib.
“Galatasaray”, sabah saat 20.45-də RAMS Parkda “Tottenham”-ı qəbul edəcək.