“Galatasaray” Sude Yılmazla müqaviləni yeniləyib

Bakı, 23 iyul, Sporaz.tv

Galatasaray Çağdaş Faktoring, Sude Yılmazın müqaviləsini uzatdığını açıqlayıb.

Sporaz.tv məlumat verir ki, sarı-qırmızılı klubdan verilən açıqlamada “Sude Yılmaza 2024-25 mövsümündə “Galatasaray Çağdaş Faktoring” forması ilə böyük uğurlar arzulayırıq”- deyilir.

“Galatasaray”ın infrastrukturunda yetişən 2002-ci il təvəllüdlü oyunçu, ötən mövsüm ING Qadınlar Basketbol Super Liqasında 32, avrokuboklarda isə 8 matçda forma geyinib.