Bakı, 5 iyun, Sporaz.tv
Galatasaray (Qalatasaray)-da transfer prioriteti yarımmüdafiəyə verilib. “Sarı-qırmızılar” mövsümü Manchester United (Mançester Yunayted)-də keçirən Sofyan Amrabatla maraqlanır.
Sporaz.tv xəbər verir ki,”Galatasaray”da yeni mövsüm üçün planlar davam edir. Sarı-qırmızılı rəhbərlik transfer üçün prioritet sahələri müəyyənləşdirib.
Galatasaray orta sahədə 8 nömrəli sahəni gücləndirmək istəyir.
Sarı-qırmızılılar ötən mövsümün əvvəlində tanış olduqları Sofyan Amrabatı siyahılarına əlavə ediblər.
Ötən mövsümü icarə əsasında İngiltərənin “Manchester United” klubunda keçirən Amrabat yenidən klubu “Fiorentina”ya qayıdıb.
İtaliya komandası ilə 1 illik müqaviləsi qalan mərakeşli futbolçunun gələcəyi qeyri-müəyyən olaraq qalır.
27 yaşlı futbolçunun yaxın günlərdə müzakirə olunacağı gözlənilir.
Sofyan Amrabat “Manchester United”-də bir mövsümdə 30 oyun keçirib. Bu qarşılaşmaların 17-nə start 11-likdə çıxan mərakeşli futbolçu qol vura bilməyib.
25 matçda yarımmüdafiənin mərkəzində çıxış edən Əmrabat 5 matçda sol cinahda çıxış edib.
“Galatasaray”ın texniki heyəti 27 yaşlı futbolçunu bir çox vəzifələrdə istifadə etməyi düşünür.