Bakı, 14 oktyabr, Sporaz.tv
Galatasarayda zədəsini tam sağaldan Victor Osimhen komanda ilə məşqlərə başlayıb. Nigeriyalı futbolçunun dönüşü ilə sarı-qırmızılıların yenidən qoşa hücumçuya keçməsi gözlənilir.
Sporaz.tv xəbər verir ki, Galatasaray (Qalatasaray) Antalyaspor matçının hazırlıqlarını davam etdirir. Sarı-qırmızılılara bu matçdan əvvəl Victor Osimhendən şad xəbər gəlib.
Kasımpaşa matçında zədələnən 25 yaşlı futbolçunun müalicəsi başa çatıb. Komanda ilə məşqlərə başlayan nigeriyalı hücumçu Antalyada meydanda ola biləcək. Baş məşqçi Okan Burukun Antalyaspor matçı ilə yenidən qoşa hücumçuya keçməsi gözlənilir. Təcrübəli çalışdırıcı Osimhen transferindən sonra ilk dəfə Kasımpaşa matçında belə bir quruluşdan istifadə etdi. Nigeriyalı futbolçu ilk hissəni Mauro İcardi ilə birlikdə çox təsirli keçirərək 2 qol vurmağı bacarıb.
Victor Osimhen bu mövsüm Galatarasayın heyətində 4 matçda iştirak edib. Bu müddətdə iki dəfə fərqlənən 25 yaşlı hücumçu 3 qol ötürməsi də edib.
Galatarasayın digər hücumçusu İcardi isə Osimhenin zədələndiyi Kasımpaşa matçının ikinci yarısından sonra təsirli ola bilməyib.