Galatasaray Oğuz Aydın marağında

Bakı, 23 iyun, Sporaz.tv

Galatasaray” yerli futbolçularla rotasiyasını gücləndirmək istəyir. “Sarı-qırmızılar” “Corendon Alanyaspor“dan Oğuz Aydını heyətinə qatmaq cəhdlərini davam etdirir.

Sporaz.tv məlumat verir ki, Galatasarayda transfer işləri davam edir. Əcnəbi futbolçular üçün təmaslarını davam etdirən sarı-qırmızılar yerli rotasiyasını da gücləndirmək istəyir.

“Galatasaray”ın ilk hədəfi “Corendon Alanyaspor”da çıxış edən Oğuz Aydındı. Sarı-qırmızılılar 23 yaşlı cinah yarımmüdafiəçisini heyətinə qatmaqda çox istəyirlər.

“Corendon Alanyaspor”un bu transfer üçün gözləntiləri təxminən 6-7 milyon avrodu. “Galatasaray” isə müəyyən məbləğdə transfer haqqı ilə yanaşı, heyətdə yer almayan 1-2 gənc futbolçudan da istifadə etməyi düşünür.

Rəhbərliyin bu transferi yay düşərgəsi üçün vaxtında reallaşdırmağa çalışdığı öyrənilib. Oğuzun da “Galatasaray”da oynamaqla maraqlandığı bildirilir.

Milli futbolçu səmərəli oyunu ilə bir çox klubların diqqətini çəkməyi bacarıb. 23 yaşlı futbolçu ötən il “Corendon Alanyaspor”da 38 oyun keçirib. Bu müddətdə 13 dəfə fərqlənən və 8 qol ötürməsi edən Oğuz komandasının bombardiri olub.