“Galatasaray” Nikola Zalevskini razı sala bilmədi

Bakı, 12 sentyabr, Sporaz.tv

Galatasaray (Qalatasaray)-ın heyətinə qatmaq istədiyi adlardan biri olan Nikola Zalevskinin qərarını verdiyi bildirilib.

Sporaz.tv xəbər verir ki, sarı-qırmızılı komandanın transfer gündəmindəki adlardan biri olan Nicola Zalewski gələcəyi ilə bağlı qərar verib.

Polşa mətbuatında yer alan xəbərə görə, Nicola Zalewski sarı-qırmızılı komandanın son təklifini rədd edib.

Roma” klubunun “Qalatasaray”ınNicola Zalewski üçün 11 milyon avroluq transfer haqqı + bonus + sonrakı satış payı təklifini qəbul etməsinə baxmayaraq, futbolçu bu şərtlərlə razılaşmayıb.

Bu mövsüm Romada 3 oyun keçirən Nicola Zalewskinin müqaviləsi 2025-ci ildə başa çatır.Futbolçu, karyerası ərzində 182 matçda oynayarkən 25 qol vurub və 25 məhsuldar ötürmə edib.

Leave a Reply