Galatasaray Nicolo Zaniolo ilə yol ayrıcına yaxındır

Bakı, 26 iyun, Sporaz.tv

Galatasaray (Qalatasaray) Nicolo Zaniolo ilə yol ayrıcına yaxındır. 24 yaşlı futbolçunun məcburi alış opsiyonu ilə ölkəsinə icarəyə veriləcəyi gözlənilir.

Sporaz.tv xəbər verir ki, Galatasaray (Qalatasaray)-da Nicolo Zaniolonun komandadakı gələcəyi bəlli olmaq üzrədir. Sarı-qırmızılılar italyan futbolçu üçün gələn təklifləri dəyərləndirir.

Zaniolo ilə bir çox klublar maraqlanır. Xüsusilə İtaliyanın “Atalanta” və “Fiorentina” komandaları bu mənada bir addım öndədir.

Galatasaray (Qalatasaray)-ın Zaniolo üçün gözləntiləri təxminən 20 milyon avro gəlir əldə etməkdir. 24 yaşlı futbolçunun zədəsinin davam etməsi birbaşa transfer satışının qarşısını alır. Bu səbəbdən klublar daha çox məcburi alqı-satqı opsiyalı icarə müqaviləsi ilə maraqlanır.

Galatasaray (Qalatasaray)-ın da belə bir təklifi qəbul etməyə yaxın olduğu öyrənilib. Zaniolo üçün müqaviləyə təxminən 5 milyon avroluq icarə haqqı və 15 milyon avroluq məcburi opsion daxil edilməsi planlaşdırılır.