“Galatasaray”, Nicola Zalewskinin son qərarını gözləyir

Bakı, 9 sentyabr, Sporaz.tv

Roma“nın Galatasaray (Qalatasaray)-ın Nicola Zalewski üçün təklifini dinləməyə hazır olduğu və transferlə bağlı son qərarı gənc futbolçunun verəcəyi bildirilib.

Sporaz.tv xəbər verir ki, Super Liqada yay transfer pəncərəsinin bağlanmasına az qalmış Galatasaray (Qalatasaray), sol cinah müdafiəçisi üçün hərəkətə keçməyə davam edir.

“Roma” klubunun yayımladığı məlumata əsasən, Zalewskinin dünən oynanılan Polşa-Xorvatiya matçından sonra Romaya döndüyü və transferlə bağlı qərarın birlikdə veriləcəyi bildirilib.

“Roma”nın baş məşqçisi Daniele De Rossinin də bu qərarda təsirinin ola biləcəyi və italyan məşqçinin 22 yaşlı futbolçunu itirmək istəməyəcəyi iddia edilib.

Transferlərlə bağlı hər şeyin Zalevskinin qərarından asılı olduğu qeyd edilib.

Nicola Zalewskinin müqaviləsi bu mövsümün sonunda başa çatır.Bu mövsüm İtaliya A Seriyasında 3 oyun keçirən Zalewski, 2021-ci ildə A komandasına yüksəlib.

Zalewski, karyerası ərzində 182 matçda 25 qol vurub və 24 məhsuldar ötürmə edib.

Leave a Reply