Bakı, 14 oktyabr, Sporaz.tv
Galatasaray (Qalatasaray)-ın mövsümün sonunda Fernando Muslera ilə yollarını ayıracağı iddia edilir.
Sporaz.tv xəbər verir ki, Galatasaray (Qalatasaray)-da müqaviləsinin son ilində olan Fernando Musleranın mövsümün sonunda ölkəsinə dönəcəyi gözlənilir.
Musleranın əvəzləyicisini axtarmağa başlayan sarı-qırmızılıların siyahısında 3 qapıçının olduğu deyilir.
Galatasaray (Qalatasaray)-ın ən güclü əcnəbi namizədinin Alex Meret olduğu qeyd edilib. 27 yaşlı italyan əlcəkçinin “Napoli” ilə müqaviləsi mövsümün sonunda başa çatır.
Sarı-qırmızılıların heyətində yerli namizədlərdən birinin Doğan Alemdar olduğu bildirilib. 21 yaşlı milli qolkiperin “Rennes”lə 2027-ci ilə qədər müqaviləsi var.
Galatasaray (Qalatasaray)-ın digər yerli namizədi isə Berke Özerdir.“Eyüpspor”la müqaviləsinin son ilində olan 24 yaşlı qolkiper əvvəllər də Fenerbahçe (Fənərbaxça)-da çıxış edib.