“Galatasaray”, Musleranın səhvlərinə göz yummadı

Bakı, 30 avqust, Sporaz.tv

Fernando Muslera, Young Boys (Yanq Boyz) – Galatasaray (Qalatasaray) matçında buraxdığı qollar və aldığı qırmızı vərəqədən sonra gündəm olub. Rəhbərlik 1 illik seçimi olan uruqvaylı qolkiper üçün qərarını verib.

Sporaz.tv xəbər verir ki, Çempionlar Liqası ilə vidalaşan Galatasaray (Qalatasaray)-da Fernando Muslera, pley-off mərhələsində oynadığı Young Boys (Yanq Boyz) matçlarında iz buraxıb.

İlk matçda buraxdığı qollara görə tənqid olunan uruqvaylı qapıçı, revanşda aldığı qırmızı vərəqə ilə gündəmə gəlib.

Rəhbərlik ötən mövsüm Galatasaray (Qalatasaray)-la 1+1 illik müqavilə imzalayan Muslera üçün qərarını verib. 13 ildirtasaray (Qalatasaray)-da çıxış edən Fernando Muslera, sarı-qırmızılıların heyətində son mövsümünü keçirir.

Rəhbərlik, təcrübəli qapıçının 1 illik müqaviləsindən istifadə etməyəcək.

Artıq sarı-qırmızılıların 38 yaşlı qolkiperə əvəzləyici axtarışına başladığı bildirilib.