“Galatasaray” müdafiədə divar hördü

Bakı,9 may, Sporaz.tv

“Galatasaray”(Qalatasaray) bu mövsüm müdafiədəki uğuru ilə diqqət çəkir. Sarı-qırmızılar liqada üç xallıq təcrübənin başladığı 1987-1988 mövsümündən bəri ən az qol buraxdıqları dövrü yaşayırlar.

“Galatasaray”(Qalatasaray) bu mövsüm liqada müdafiəsi ilə seçildi. Sarı-qırmızılılar 35 matçda 22 qol buraxıb. Okan Burukun yetirmələri bu sahədə liqanın ən uğurlu komandası oldu.

Sarı-qırmızılılar bu müddətdə 18 qarşılaşmada rəqibinə qol imkan verməyib.

“Galatasaray”(Qalatasaray) liqada üç xal sisteminin tətbiq olunduğu 1987-1988 mövsümündən bəri müdafiədə ən uğurlu dövrünü yaşayır. Sarı-qırmızılılar indiyədək hər matçda orta hesabla 0 xal 62 qol buraxıb.

“Galatasaray”(Qalatasaray) 1992-1993 mövsümündə ən yaxşı müdafiə mövsümünü keçirib.

Sarı-qırmızılılar Karl Heinz Feldkampın rəhbərliyi altında liqa boyu oynadığı 30 matçda 21 dəfə topu öz qapısından keçirib.

“Galatasaray”(Qalatasaray) həmin mövsüm hər matçda orta hesabla 0,7 qol buraxıb. Qalatasaray da bu il müdafiəçilərindən qollu töhfələr almağı bacarıb. “Sarı-qırmızılar”ın heyətində müdafiəçi kimi çıxış edən 4 futbolçu liqada 9 dəfə fərqlənib, 2 qol ötürməsi edib.

Abdülkerim Bardakcı 4 dəfə, Viktor Nelsson və Davinson Sanchez hərəyə 2 dəfə, Kaan Ayhan isə 1 dəfə fərqlənib.

Vüqar Alışov