”Galatasaray” mövsümə qələbə ilə başlayıb

Bakı, 10 avqust, Sporaz.tv

Futbol üzrə Türkiyə Superliqasında 2024-2025-ci illər mövsümünə start verilib.

Sporaz.tv xəbər verir ki, son çempion Galatasaray (Qalatasaray), doğma meydanda “Hatayspor“la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı Hatay təmsilçisi açsa da, Mauro İcardi 80-ci dəqiqədə penaltidən fərqlənərək bərabərlik qoluna imza atıb. Michy Batshuayi isə 90-cı dəqiqədə komandasına qələbə gətirən qolu vurub.