“Galatasaray” matçında tilsimini qıran Joel Monteiro

Bakı, 22 avqust, Sporaz.tv

Dünən oynanılan Galatasaray (Qalatasaray)- “Young Boys” matçında özünün və komandasının 2 qolunu vuran Joel Monteiro, atdığı qollarla karyerasının yüksək zirvəsinə çatıb.

Uzun müddətdir uğursuzluqları ilə baş edə bilməyən Monteiro, “Galatasaray”ın qapısına atdığı qollarla adından söz etdirməyi sonunda bacarıb.

Bəs Joel Monteiro kimdir?

5 avqust 1999-cu ildə anadan olan Joel Monteiro, 25 yaşındadır və Young Boys (Yanq Boyz) komandasında hücumçu kimi çıxış edir. Boyu ilə diqqət çəkən gənc futbolçu, 191 m-dir və güclü bədən quruluşuna malikdir.

İsveçrədə anadan olan hücumçu, həm də Portuqaliya vətəndaşıdır. Onun Elton Monteiro adlı bir qardaşı var, o da peşəkar futbolçudur.

Karyerasının ilk addımlarını Lausanne komandasında atan daha sonra isə “Stade Ouchy” komandasına keçən Joel, 2021-ci ildən Young Boys (Yanq Boyz) komandasında çıxış edir.

Futbolçunun “Young Boys”-la 2026-cı ilə kimi müqaviləsi var.

İsveçrə Super Liqası və Avropa liqasında 1 qola belə imza atmayan gənc hücumçu, komandasının qalibiyyətinin başlıca səbəbi olub.

Bəs sizcə Monteironun bu uğuru şansındanmı irəli gəldi yoxsa,”Galatasaray”ın şanssızlığındanmı?

Bahar Rüstəm