”Galatasaray”, “Konyaspor”u məğlub edib

Bakı, 17 avqust, Sporaz.tv

Futbol üzrə Türkiyə Superliqasında II tura start verilib.

Sporaz.tv xəbər verir ki, son çempion “Galatasaray” səfərdə “Konyaspor”la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Galatasaray”ın heyətində qolları Kərim Aktürkoğlu ilə Barış Alpər Yılmaz vurublar. “Konyaspor”da isə Oğulcan Üngül fərqlənib.

Qeyd edək ki, “cim-bom” ilk turda “Hatayspor”a (2:1) qalib gəlib.