“Galatasaray” kitabını bağlayır

Bakı, 30 oktyabr, Sporaz.tv

Hakim Ziyechin “Galatasaray“(Qalatasaray)-dakı taleyinə aydınlıq gəlir. Sarı-qırmızılılarla yollarını ayıracağı gözlənilən mərakeşli futbolçunun yeni ünvanı ilə bağlı təəccüblü iddia ortaya atılıb.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”-la yollarını ayıracağı gözlənilən Hakim Ziyechin yeni ünvanı ilə bağlı Fransa mətbuatından diqqətçəkən iddia gəlib.

Hakim Ziyechin yeni ünvanı MLS ola bilər.

Xəbərdə “Galatasaray”-da sistem dəyişdiyi üçün indi Ziyechin heyətdə yer tapmasının çox çətin olduğu bildirilib.

31 yaşlı futbolçunun ara transfer dövründə ABŞ-a gedə biləcəyi iddia edilirdi.

Hakim Ziyech bu mövsüm “Galatasaray”-ın heyətində 5 oyun keçirib. Mərakeşli futbolçu bu matçlarda 256 dəqiqə meydanda olsa da, heç bir qol və ya məhsuldar ötürmə verə bilməyib.