“Galatasaray” Kerem Aktürkoğlu ilə yollarını ayırdı

Bakı, 11 sentyabr, Sporaz.tv

Galatasaray (Qalatasaray)-dan “Benfica“ya transfer olunan Kerem Aktürkoğlu sarı-qırmızılılarla vidalaşıb.

Sporaz.tv xəbər verir ki, Kerem Aktürkoğlu Galatasaray (Qalatasaray)-dan “Benfica”ya transfer olunub. Ulduz futbolçu, İslandiya ilə milli matçdan sonra keçmiş komanda yoldaşlarını ziyarət etmək üçün Florya Metin Oktay Təsislərinə yollanıb.

Galatasaray (Qalatasaray)-ın Youtube hesabında Kerem Aktürkoğlunun vida videosu yayımlanıb. Videoda Berkan Kutlu və Yunus Akgünün emosional anları da yer alıb.

Komanda yoldaşları ilə vidalaşan 25 yaşlı futbolçu: “Getməmişdən əvvəl sizi son günümdə görmək istəyirdim. Çünki Galatasaray (Qalatasaray)-ın mənim üçün çox xüsusi yeri var.Çox gözəl dostluqlar, duyğular, xatirələr topladım. Hər kəsin mənim üzərində çox böyük əməyi var. Mən Kerem Aktürkoğluyamsa, bu tək başıma olmadı. “Galatasaray”-ın mənim üzərimdə böyük əməyi olduğu üçün oldu. Bu gerbə, bu formaya çox borcum var. Bu borcu da burada oynayaraq ödəməyə çalışdım. Hər zaman yüzdə yüzümü vermək üçün əlimdən gələni etdim. Bundan sonrakı hədəfim həm özümü , həm də “Galatasaray”ı qürurlandırmaq olacaqdır. Sizi çox sevirəm. Məni mən olaraq qəbul etdiyiniz üçün təşəkkür edirəm.”-sözlərini deyib.

Galatasaray (Qalatasaray)-da 179 matça çıxan Kerem Aktürkoğlu, 46 qol vurub, 42 məhsuldar ötürmə edib.

Leave a Reply