“Galatasaray” İlkay Gündoğanı transfer etmək istəyir

Bakı, 31 may, Sporaz.tv

Türkiyənin “Galtasaray (Qalatasaray)” klubu İspaniya təmsilçisi “Barcelona (Barselona)”ın yarımmüdafiəçisi İlkay Gündoğanı transfer etmək istəyir.

Sporaz.tv xarici mediaya istinadən xəbər verir ki, İstanbul klubu 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasında uğurlu çıxış etmək üçün heyətini 33 yaşlı futbolçu ilə gücləndirmək niyyətindədir.

Qeyd edək ki, İ.Gündoğan 2023/2024 mövsümündə “Barcelona (Barselona)” klubunun heyətində meydana çıxdığı 51 oyunda 5 qola, 14 məhsuldar ötürməyə imza atıb. “Transfermarkt” portalı futbolçunu 16 milyon avro dəyərində qiymətləndirir.