Bakı, 31 may, Sporaz.tv
Türkiyənin “Galtasaray (Qalatasaray)” klubu İspaniya təmsilçisi “Barcelona (Barselona)”ın yarımmüdafiəçisi İlkay Gündoğanı transfer etmək istəyir.
Sporaz.tv xarici mediaya istinadən xəbər verir ki, İstanbul klubu 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasında uğurlu çıxış etmək üçün heyətini 33 yaşlı futbolçu ilə gücləndirmək niyyətindədir.
Qeyd edək ki, İ.Gündoğan 2023/2024 mövsümündə “Barcelona (Barselona)” klubunun heyətində meydana çıxdığı 51 oyunda 5 qola, 14 məhsuldar ötürməyə imza atıb. “Transfermarkt” portalı futbolçunu 16 milyon avro dəyərində qiymətləndirir.