“Galatasaray” iki transferini tamamladı

Bakı, 30 avqust, Sporaz.tv

Mərkəz müdafiəçisi və sol cinah müdafiəçisi axtarışında olan “Galatasaray“(Qalatasaray)-ın, bu mövqelər üçün iki futbolçu transferi sona yaxınlaşır.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”, transferlərdə sıx günlər yaşayır. Sarı-qırmızılılar, Mario Hermoso və İsmayıl Jakobs transferlərini yekunlaşdırıb.

Transfer haqqı əlində olan Hermoso ilə 2+1 illik razılaşma əldə olunub. 29 yaşlı müdafiəçi, sonuncu dəfə “Atletico Madrid”-də klubunda çıxış edib.

Madridlilər 4 mövsüm əvvəl Hermoso üçün Espanyola 25 milyon avro ödəyib.

Derrick Köhnü “Werder Bremen“ə göndərən “Galatasaray”, “Monaco”dan İsmayıl Jakobsu icarəyə götürməyə hazırlaşır.

Fransa klubuna 1 milyon avro icarə haqqı ödəniləcək. Müqaviləyə bonuslarla birlikdə 10 milyon avroya qədər alış istəyidə daxildir.

25 yaşlı sol cinah müdafiəçisi, ötən mövsüm 23 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.