Bakı, 9 noyabr, Sporaz.tv
Türkiyənin “Galatasaray” (Qalatasaray) klubunun forvardı Mauro İcardinin müqaviləsi dondurula bilər.
Sporaz.tv “Milliyet”e istinadən xəbər verir ki, buna onun ciddi zədələndiyi üçün mövsümü erkən başa vurması səbəb olub.
Klub legioner limiti tələbini qarşılamaq üçün argentinalının müqaviləsində dəyişiklik etməyi düşünür.
İstanbul təmsilçisinin rəhbərliyi qış “transfer pəncərəsi”ndə heyətə yeni hücumçu qatmağı planlaşdırır.
Qeyd edək ki, İcardi UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Tottenham”a (Tottenhem) qarşı 3:2 hesabı ilə bitən matçda çarpaz bağlarından zədə alıb.