“Galatasaray” həll yolunu 30 milyon avroluq sol cinah müdafiəçisində tapdı

Bakı, 7 avqust, Sporaz.tv

Sol cinah müdafiəçisi transferi etməyi planlaşdıran “Galatasaray“(Qalatasaray)ın gündəmində Lucas Digne var idi. “Galatasaray”, Aston Villanın 30 milyon avro ödədiyi Lucas Digneni icarə əsasında heyətinə qatmaq istəyir.

Sporaz.tv məlumat verir ki, yeni mövsüm üçün transfer səylərini davam etdirən “Galatasaray”ın hədəf bölgələrindən biri də sol cinahdır. Bu çərçivədə sarı-qırmızılıların gündəmində olan soyad Lucas Digne oldu.

“Galatasaray”, Lucas Digneni icarə əsasında heyətinə qatmaq istəyir.

Aston Villa, 2021-22 mövsümünün ara transfer dövründə Evertondan Lucas Digneni 30 milyon avroya transfer etib.

Ötən mövsüm 46 matçda meydana çıxan və 3350 dəqiqə meydanda olan 31 yaşlı fransalı sol cinah müdafiəçisi, 2 qol və 6 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

Dignenin Aston Villa ilə daha 2 illik müqaviləsi var.