Bakı, 4 iyul, Sporaz.tv
Galatasaray (Qalatasaray) Kişi Basketbol Komandası, amerikalı basketbolçu Otis Livingstonu heyətinə qatıb.
Sporaz.tv xəbər verir ki, sarı-qırmızılı klubdan verilən açıqlamaya görə, 27 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Sonuncu dəfə Würzburg Baskets-də çıxış edən Livingston, ötən mövsüm Almaniya Basketbol Liqasının ən dəyərli oyunçusu seçilib.