“Galatasaray” hazırlıqlarını davam etdirir

Bakı, 18 iyul, Sporaz.tv

Galatasaray (Qalatasaray) Futbol Komandası, yeni mövsümün hazırlıqlarını Avstriya düşərgəsində davam etdirib. “Galatasaray” yeni mövsümün hazırlıqları çərçivəsində Slovakiya təmsilçisi “Trencin“lə qarşılaşacaq.

Sporaz.tv xəbər verir ki, Galatasaray Futbol Komandası, yeni mövsümün hazırlıqlarını Avstriya düşərgəsində davam etdirib.

Linz şəhəri yaxınlığındakı Geinberg qəsəbəsindəki düşərgədə olan sarı-qırmızılı komanda, mətbuata bağlı iki məşq keçirib.

Bildirilib ki, səhər məşqində güc hərəkətləri və qaçışla məşğul olan futbolçular, axşam dinamik isinmə hərəkətindən sonra üç qrupda 8-ə 2 top tutma və taktiki məşq ediblər.

“Galatasaray” yeni mövsümün hazırlıqları çərçivəsində Slovakiya təmsilçisi “Trencin”lə qarşılaşacaq. Linzdəki “Raiffeisen Arena”da oynanılacaq matçdan sonra sarı-qırmızılılar, ilk mərhələ hazırlığını tamamlayaraq Türkiyəyə qayıdacaq.