“Galatasaray” hazırlıqlarını davam etdirib

Bakı, 21 iyul, Sporaz.tv

Galatasaray” yeni mövsüm hazırlıqlarını Florya Metin Oktay Təsislərində məşqlə davam etdirib. “Sarı-qırmızılı” komanda toplanışın ikinci mərhələsi üçün sabah yenidən Avstriyaya yollanacaq.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” yeni mövsüm hazırlıqlarını Florya Metin Oktay Təsislərində məşqlə davam etdirib.

Dinamik isinmə hərəkəti ilə başlayan məşq üç qrupda qaçış və 8-2 ötürmə məşqi ilə davam edib. Baş məşqçi Okan Burukun rəhbərliyi altında keçirilən məşq iki qrupda topa sahib olma hərəkətindən sonra üç komandanın iştirak etdiyi turnirlə yekunlaşıb.

“Sarı-qırmızılı” komanda toplanışın ikinci mərhələsi üçün sabah yenidən Avstriyaya yollanacaq.

Bahar Rüstəm