“Galatasaray”, “Hatayspor”u 5:3 hesabı ilə qabaqlayır

Bakı, 8 avqust, Sporaz.tv

Super Liqada mövsümün açılış matçında üz-üzə gələcək “Galatasaray“(Qalatasaray) və “Hatayspor” 9-cu görüşə çıxacaq. İki komanda arasında keçirilən liqa matçlarında Galatasaray qalibiyyətdə 5-3 üstünlüyə malikdir.

Sporaz.tv məlumat verir ki, Trendyol Super Liqasında sabah 9-cu dəfə “Galatasaray” və “Atakaş Hatayspor” qarşılaşacaq.

İki komanda arasında geridə qalan 8 liqa matçının 5-də Galatasaray qalib gəlsə də, 3 matçda “Hatayspor” qalib gəlib.

“Galatasaray”, öz meydanında “Hatayspor”la heç bir xal itirməyib.

“Hatayspor”un Superliqaya yüksəldiyi 2020-2021 mövsümündən bu yana sarı-qırmızılılar evdə keçirdiyi 4 oyunun hamısında qalib gəlib. Sözügedən yarışlarda “Galatasaray”ın vurduğu 10 qola “Atakaş Hatayspor” 1 qolla cavab verib.

Galatasaray, liqada qələbə sayına görə üstün olduğu rəqibini bir dəfə 4-0, bir dəfə isə 3-0 hesabı ilə məğlub edib.

“Hatayspor” 2020-2021 mövsümündə evdə “Galatasaray”ı 3:0 hesabı ilə məğlub edib.