“Galatasaray” Hakim Ziyechi aldığını açıqlayıb

Bakı, 29 iyun, Sporaz.tv

Galatasaray Sportif AŞ-dən Borsa İstanbula göndərilən və eyni zamanda İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) dərc edilən açıqlamada, müvəqqəti transfer müqaviləsindəki pulsuz satın alma opsiyasının şərtləri yerinə yetirildiyi üçün Ziyechin son transferinin pulsuz edildiyi bildirilib. .

Sporaz.tv məlumat verir ki, futbolçuya həm 2024-2025, həm də 2025-2026 mövsümlərində 2 milyon 850 min avro xalis ödəniş ediləcəyi bildirilib.

Ötən mövsüm “Galatasaray”la Superliqa və Superkubok çempionu olan Ziyech bütün yarışlarda 23 matça çıxıb və 8 qol vurub.