Galatasaray “Guela Doue”nin marağında

Bakı, 30 iyun, Sporaz.tv

Galatasaray” sağ cinah müdafiəçiləri siyahısını genişləndirməkdə davam edir. “Sarı-qırmızılar” ” Rennes”də çıxış edən “Guela Doue”i gündəminə gətirib.

Sporaz.tv məlumat verir ki, Galatasarayda transfer işləri davam edir. Sarı-qırmızılar düşərgədən əvvəl prioritet möhkəmləndirmələrini tamamlamaq istəyirlər.

“Galatasaray” rəhbərliyi xüsusilə sağ cinah müdafiəçisi üçün siyahısını genişləndirib. Aaron wan Bissaka və Lorenz Assignon ilə maraqlanan rəhbərlik, yeni adları da gündəmə gətirməklə yanaşı, transfer danışıqlarını davam etdirir.

“Galatasaray” rəhbərliyi bir müddət əvvəl Fransanın “Rennes” komandasında çıxış edən 21 yaşlı Guela Douei siyahıya əlavə edib. Oyun tərzi Sacha Boey ilə müqayisə edilən Doue müdafiədə olduğu kimi hücumda da təsirli olur.

“Galatasaray”ın uyğun transfer haqqı istəniləcəyi təqdirdə Doueni heyətinə qatacağı öyrənilib. Rəhbərlik gənc oyunçu üçün Rennes ilə əlaqəni davam etdirir.