Galatasaray “Guela Doue” transferini yekunlaşdırdı

Bakı, 10 iyul, Sporaz.tv

Galatasaray” sağ cinah müdafiəçisi transferini tamamlamağa hazırlaşır. “Sarı-qırmızılar” “Rennes“də çıxış edən Guela Doue ilə danışıqların son mərhələsinə çatıb.

Sporaz.tv məlumat verir ki, yeni mövsüm üçün transfer cəhdlərini davam etdirən “Galatasaray”da sağ cinah müdafiəçisi mövqeyinə bir nömrəli namizəd Guela Douedir.

Rəhbərlik 1-ci Liqa komandası ilə bonuslar da daxil olmaqla 9 milyon avroya razılaşmağa yaxındır. Futbolçu ilə bütün şərtlərlə razılıq əldə olunub.

Yekun detallar həll olunandan sonra Guela Doue sarı-qırmızılıların Avstriya düşərgəsinə qoşulacaq.

Karyerasına Rennes infrastrukturunda başlayan 21 yaşlı sağ cinah müdafiəçisi ötən mövsüm 34 matçda meydana çıxıb və 4 məhsuldar ötürmə edib.

“Galatasaray” daha əvvəl Michy Batshuayini transfer etmişdi.