“Galatasaray” gənc hücumçusunu icarə əsasında I Liqaya göndərib

Bakı, 7 avqust, Sporaz.tv

Galatasary“(Qalatasaray)-ın infrastrukturunda məşq edən Baran Demiroğlu, Fatih Karagümrük ilə 1 illik icarə müqaviləsi imzalayıb.

Sporaz.tv məlumat verir ki, “Galatasaray ” 19 yaşlı mərkəz hücumçusu Baran Demiroğlunu 1-ci Liqa təmsilçisi Fatih Karagümrükü icarəyə verib.

Karagümrükün verdiyi açıqlamada, Baranın icarəyə götürüldüyü və futbolçunun karyerasına “Galatasaray “-da başladığı, bundan əlavə 7 il sarı-qırmızılı komandanın infrastrukturunda çıxış etdiyi bildirilib.

Qeyd edək ki, ötən mövsüm Super Liqada 2 matçda meydana çıxan gənc futbolçu 15 dəqiqə meydanda qalıb. Baran, U19 Liqasında 17 matçda 11 qol və 1 məhsuldar ötürmə ilə çıxış edib. Sarı-qırmızılı futbolçu UEFA Gənclər Liqasında 6 matçda 1 dəfə fərqlənib.