“Galatasaray” Efianayini heyətinə qatıb

Bakı, 12 iyun, Sporaz.tv

Galatasaray (Qalatasaray) Kişi Basketbol Komandası ötən mövsüm “Aliağa Petkimspor”da çıxış edən 28 yaşlı amerikalı qolçu David Efianayini heyətinə qatıb.

Sporaz.tv xəbər verir ki, sarı-qırmızılı klubdan edilən şərhdə :”Galatasaray Kişi Basketbol Komandası, 2024/25 mövsümü üçün heyətin qurulması işlərinə, ötən mövsüm Aliağa Petkim forması ilə Türkiyə Basketbol Super Liqasında mübarizə aparan və oyun başına ortalama 19,8 xalla liqanın ən yaxşı oyunçusu olan 188 sm boylu ,Amerikalı oyunçu David Efianayi ilə 1 illik müqavilə imzalayaraq başladı.”-qeyd edilib.

Amerikalı oyunçunun ötən mövsüm “Aliağa Petkimspor”da keçirdiyi 30 matçda 595 xalla ümumi xal hesabında ikinci, hesaba verdiyi töhfənin yanında liqanın bombardiri kateqoriyasında isə 19,8 xalla 2-ci olduğu bildirilib.