“Galatasaray” Efe Akman üçün peşəkar müqavilə imzaladı

Bakı, 13 iyul, Sporaz.tv

Galatasaray” akademiyanın futbolçularından Efe Akmanla 2027-28 mövsümünün sonuna qədər qüvvədə olacaq peşəkar müqavilə imzalandığını açıqlayıb.

Sporaz.tv məlumat verir ki, “Galatasaray” Efe Akmanla peşəkar müqavilə imzalayıb.

“Sarı-qırmızılı” klubun sosial media hesabından edilən paylaşımda “Akademiyanın futbolçusu Efe Akmanla 2027-2028 mövsümünün sonuna qədər qüvvədə olan peşəkar müqavilə imzalanıb” deyilib.

18 yaşlı futbolçu ötən mövsüm “Galatasaray”ın 19 yaşadək futbolçulardan ibarət komandası ilə 36 oyuna çıxıb, Superliqa və Türkiyə Kubokunda 1 matça çıxıb.

“Qalatasaray”ın paylaşımı:

Bahar Rüstəm