Bakı, 23 iyul, Sporaz.tv
Sağ cinah müdafiəçisi axtarışlarını davam etdirən “Galatasaray” üçün təəccüblü iddia ortaya atılıb. Douenin transferinin baş tutmamasından sonra “sarı-qırmızılılar”ın “Newcastle“dan Kieran Trippier üçün hərəkətə keçdiyi bildirilib.
Sporaz.tv xəbər verir ki, yeni mövsüm üçün heyət planlamasını davam etdirən “Galatasaray”ın gündəmində sağ cinah müdafiəçisi transferi var.
“Sarı-qırmızılar” “Newcastle United“in təcrübəli sağ cinah müdafiəçisi ilə maraqlanır.
Doueyə keçidi baş tutmayan” sarı-qırmızılılar”ın Kieran Trippierlə maraqlanan klublar arasında ən ciddi komanda olduğu bildirilib.
Kieran Trippier ötən mövsüm “Newcastle United”də 39 oyun keçirib.
33 yaşlı futbolçu bu matçlarda 1 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Bahar Rüstəm