“Galatasaray” dünya şöhrətli futbolçunu istəyir

Bakı, 23 iyul, Sporaz.tv

Sağ cinah müdafiəçisi axtarışlarını davam etdirən “Galatasaray” üçün təəccüblü iddia ortaya atılıb. Douenin transferinin baş tutmamasından sonra “sarı-qırmızılılar”ın “Newcastle“dan Kieran Trippier üçün hərəkətə keçdiyi bildirilib.

Sporaz.tv xəbər verir ki, yeni mövsüm üçün heyət planlamasını davam etdirən “Galatasaray”ın gündəmində sağ cinah müdafiəçisi transferi var.

“Sarı-qırmızılar” “Newcastle United“in təcrübəli sağ cinah müdafiəçisi ilə maraqlanır.

Doueyə keçidi baş tutmayan” sarı-qırmızılılar”ın Kieran Trippierlə maraqlanan klublar arasında ən ciddi komanda olduğu bildirilib.

Kieran Trippier ötən mövsüm “Newcastle United”də 39 oyun keçirib.

33 yaşlı futbolçu bu matçlarda 1 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bahar Rüstəm